50 yaşlı Mənzurəyə efirdə şok təklif - Video

50 yaşlı Mənzurəyə efirdə şok təklif - Video

13 Aprel 2021 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Mənzurə Musayevaya efirdə elçi düşüb.

Oxuməni.az xəbər verir ki, ARB telekanalında yayımlanan "Heç vaxt heç yerdə" verilişinin qonağı olan ifaçı gözlənilməz təklif alıb. Belə ki, canlı efirdə Rasim adlı bir bəy ifaçıya elçi düşüb. O, 50 yaşlı müğənni ilə evlənmək istədiyini, fikrinin ciddi olduğunu qeyd edib:

"Həyat yoldaşım dünyasını dəyişib. Üç övladım var. Qızım ərə getdi. İndi balaca oğlumla qalıram. Övladlarım da Mənzurə xanımı qəbul edir. Balalarımın canı, Allaha and olsun fikrimdə ciddiyəm. Mənə nə olub ki? Məndən artıq oğlana ərə gedəcək? Mənzurə xanım istəsə bizim, ya da onun evində qala bilərik. Fərqi yoxdur. Bəlkə sabah Mənzurə xanımla verilişdən sonra bir çay içək, bir-birimizi yaxından tanıyaq. İstərdim ki, o, mənim həyat yoldaşım olsun. Razı olmasa, qaçırdacam".

Müğənni əvvəlcə təklifi rədd etsə də, efirdəki qonaqların və aparıcının təkidindən sonra bu barədə düşünəcəyini qeyd edib.

Həmin görüntüləri təqdim edirik: