Aynişan saxtakarlıqda ittiham olundu - Video

Aynişan saxtakarlıqda ittiham olundu - Video

26 Aprel 2021 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva bir müddət əvvəl sosial şəbəkə hesabında yarışma keçirəcəyini elan etmişdi.

Yarışda beş hədiyyə təqdim olunacağı qeyd edilmişdi, o, beşinci hədiyyənin avtomobil olacağını izləyicilərinə elan etmişdi.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə sosial şəbəkələrədə məlumat yayılıb.

Bilməyənlər üçün qısa olaraq bildirək ki, belə yarışı təşkil edən şəxs öz “İnstagram” səhifəsində açdığı canlı yayın vasitəsilə qalibi seçir. Yarışın şərtlərinə uyğun olaraq qoşulan hər bir şəxsin profili siyahı üzrə nömrələnib yazılır, daha sonra "rondom" proqram ilə təsadüfi seçim nəticəsində hər hansı bir iştirakçının sıra nömrəsi seçilir.

Aynişanın keçirdiyi yarışda dörd hədiyyənin qalibi proqramın təsadüfi seçimi nəticəsində elan olunub. Növbə beşinci hədiyyəyə - avtomobilə çatdıqda isə canlı yayım kəsilib, o bildirib ki, internet kəsildiyinə görə fasilə oldu. Bu fasilə zamanı Aynişan Quliyevanın canlı yayımını qeydə alan köməkçisi kiməsə "hazırlaşsın" mesajı yazıb. Daha sonra isə yazıb ki, "telefonu ilk dəfədən götürməsin”. Yəni qalib elan olunan şəxsə zəng gələcək, o isə birinci dəfə telefona cavab verməsin. Guya heç xəbəri yoxdur, çəkiliş təbii alınsın. Bundan sonra isə 17539 sıra nömrəli şəxsin avtomobili qazandığı elan olunub. Halbuki o nömrənin də necə seçildiyi göstərilməyib.

30 yaşlı blogerin bu addımı sərt şəkildə qınanıb.

Həmin görüntüləri təqdim edirik: