Dərəyə yuvarlanan sərnişin avtobusunda 45 nəfər həyatını itirdi
Cənubi Afrikada sərnişin avtobusu dərəyə yuvarlanıb. Cənubi Afrika Nəqliyyat Nazirliyindən verilən açıqlamada avtobusda olan 46 nəfərdən 45-nin həyatını itirdiyi bildirilib. Hadisə zamanı 8 yaşlı uşağın isə ağır yaralarla qəzadan sağ çıxması möcüzədir.
Açıqlamada, sürücünün idarəetməni itirərək körpüdəki qoruyucu maneələrə çırpılması nəticəsində avtobusun dərəyə aşaraq, orada alovlandığı qeyd edilib.
Əlavə olaraq qeyd edək ki, avtobusun qəzaya düşdüyü körpü Limpopo əyalətində iki böyük yamacı birləşdirir…
Oxuməni.az
Digər xəbərlər