Xaçmazda yanğın nəticəsində qarajda olan avtomobil və motosiklet yanıb
Xaçmaz rayonunda 4 otaq və 1 qarajdan ibarət evdə baş vermiş yanğın nəticəsində qarajda olan avtomobil və motosiklet yanıb. Oxumeni.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonu, Muxtadır qəsəsində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4 otaq və 1 qarajdan ibarət evin 2 otağının və qarajın yanar konstruksiyaları 148 kv.m sahədə yanıb. Yanğın zamanı qarajda olan "VAZ" markalı minik avtomobili və "Dnepr" markalı motosikletin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
O.M.
Digər xəbərlər