Azərbaycan Ordusunun əsgəri snayperdən açılan atəş nəticəsində şəhid olub
Azərbaycan Ordusunun əsgəri şəhid olub. Şirvan Şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, Beyləqan rayonu N saylı hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əbilov Əli İlham oğlu martın 10-da qoşunların təmas xəttində düşmən snayperindən açılan atəş nəticəsində başından aldığı güllədən şəhid olub.
Şəhid əsgər əslən Şirvan şəhərindən olsa da, bu gün onun valideynlərinin yaşadığı Sumqayıt şəhərində dəfn olunması gözlənilir.
Müdafiə Nazirliyinin mətbuat xidməti də əsgərin şəhid olması haqqında məlumat yayıb. Mətbuat xidmətindən axil olan məlumatda bildirilir ki, martın 10-da qoşunların təmas xəttinin Füzuli rayonu istiqamətində N saylı hərbi hissənin əsgəri 1994-cü il təvəllüdlü Əbilov Əli İlham oğlu atəşkəsin pozulması nəticəsində şəhid olub.
Allah rəhmət eləsin!
O.M.
























.jpg)
.jpg)
.jpg)
























.jpg)










































