Bakıda yeni tikilən avtodayanacaq çökdü
Bakı şəhər İcra Hakimiyyəti tərəfindən "Azadlıq" meydanında tikilən avtodayanacaq çöküb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, çöküntü bu gün səhər saatlarında baş verib.Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması bəlli deyil.Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, hadisə yerində qurumun işçiləri vəziyyəti qiymətləndirirlər.
O.M.
Digər xəbərlər