Güllə partladı, əsgərimiz öldü
Azərbaycan Ordusu daha bir əsgərini itirib
Azərbaycan Ordusu daha bir əsgərini itirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "N" saylı hərbi hissənin əsgəri Bəbişov Namiq Əlibala oğlu təhlükəsizlik qaydalarını pozaraq şəxsi ehtiyatsızlıq nəticəsində patronun gülləsinin partlaması ilə ağır xəsarət alıb və dünyasını dəyişib.
Nazirlik əsgərin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.Qeyd edək ki, həlak olan əsgər Yevlax rayonundan hərbi xidmətə çağırılıb.
O.M.
Digər xəbərlər