Hərbi Dəniz Qüvvələrinin sabiq qərargah rəisi həbs edilib
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq qərargah rəisi Yunus Məmmədov həbs edilib. Bakı Hərbi Məhkəməsindən verilən məlumata görə, Y. Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Y. Məmmədovun həbsi xəbərini apa-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.
Qeyd edək ki bir neçə gün əvvəl Azərbaycan HDQ-də Hərbi Prokurorluq və Maliyyə Nazirliyinin iştirakı ilə kompleks yoxlamalar aparılması barədə məlumat yayılmışdı. Yoxlamalar HDQ-nin son 15 ildəki fəaliyyətini əhatə edir. Yoxlamaları aparan müstəntiqlər və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən gəmi kapitanlarından ifadələr alınıb. Artıq ilkin araşdırma zamanı sabiq komandan, vitse-admiral Şahin Sultanov komandan olduğu dövrdə külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların ortaya çıxdığı bildirilir.
Eyni zamanda HDQ-nin 6 hərbi qulluqçusu saxlanılıb.
Yoxlamalar zamanı gəmilərin təmiri, eləcə də təchizatla bağlı çoxlu sayda nöqsan aşkarlanıb. Məlumata görə, HDQ-də gəmilərin təmiri üçün ayrılan vəsaitin düzgün istifadə olunmaması, istismar dövrünü başa vuraraq istifadədən çıxarılmış gəmilərin HDQ-nin döyüş sıralarında göstərilərək, saxlanılması üçün büdcədən əlavə vəsaitin götürülməsi, gəmilərin rənglənməsi üçün saxta sənədlərlə yüz tonlarla boyanın alınması, təmir işlərinin gəmi kapitanlarının hesabına aparılması, HDQ-yə məxsus bəzi yaşayış və iaşə sahələrinin saxta sənədlərlə ayrı-ayrı adamların adına özəlləşdirilməsi və s. kimi faktlar üzə çıxıb.




















.jpg)




























.jpg)




.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg)



































