Telefon “Lotu Quli”yə çatmadı

Telefon “Lotu Quli”yə çatmadı

4 Aprel 2014 17:40
Bəyəndim (0) Bəyənmədim (0)

Vəkilin cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitə keçirməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən apa -ya verilən məlumata görə, 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 182.3.1; 182.3.2; 29.149.2.1; 29.149.2.4; 29.149.2.5; 317-2.1 və 67 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Nadir Nəriman oğlu Səlifovla görüşə gəlmiş vəkili Kamandar Rəfi oğlu Nəsibovun üzərinə baxış keçirilən zaman üzərində gizlədilmiş, daxilində "Azercell" danışıq kartı olan 1 ədəd "Huawei" markalı modem aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, Nadir Sələfov "Loti Quli" adı ilə tanınan kriminal avtoritetdir. Nadir Səlifov 2006-cı ildə 15 il müddətinə azadlıqdan məhrum edilib.