Qəzaya düşən polis rəisindən yeni xəbər
Bir neçə gün əvvəl qəzaya düşən və hazırda vəziyyətinin ağır olduğu deyilən Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılovla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.
"Qafqazinfo"ya Xətai Rayon Polis İdarəsindən daxil olan məlumata görə, Fəhlə prospektində gecə saatlarında baş verən qəza zamanı avtomobili rəisin özü deyil, sürücüsünün idarə etdiyi məlum olub.
Məlumatda həmçinin qeyd olunur ki, polkovnikin içkili olması ilə bağlı yayılan xəbərlər də doğru deyil.
Xatırladaq ki, 2012-ci ilin noyabr ayında Daxili işlər naziri Ramil Usubovun əmri ilə Əkbər İsmayılov Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) rəisi vəzifədən azad edilərək Xətai Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Polkovnik bir müddət Nərimanov RPİ-nin əməliyyat işləri üzrə rəis müavini postunda da çalışıb.
Qeyd edək ki, Xətai Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əkbər İsmayılov ağır avtomobil qəzasına düşməsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilridi ki, Daxili İşlər Nazirliyində ciddi şəkildə müzakirə olunan bu qəza hadisəsinin ən maraqlı cəhəti isə polis rəisinin işdən azad ediləcəyi ilə bağlıdır. Belə ki, məlumata görə, polkovnik Əkbər İsmayılovun avtomobili özünün idarə etdiyi və içkili olması barədə yayılan qeyri-rəsmi xəbərlər nazir Ramil Usubovun ciddi narazılığına səbəb olub və onun müalicəsindən dərhal sonra istefaya göndəriləcəyi haqda qərar verib.




































.jpg)
























.jpg)










.jpg)



















