Gəmi təmiri zavodunda dəhşətli qəza

Gəmi təmiri zavodunda dəhşətli qəza

7 Aprel 2014 16:28
Bəyəndim (0) Bəyənmədim (0)

İki nəfərin öldüyü bildirilir

Azərbaycan Xəzər Dəniz Gəmişiliyi QSC-nin Bibiheyətdəki Gəmi Təmiri İstehsalat Birliyinin ərazisində yerləşən "Xəzər" MMC-də dəhşətli faciə baş verib.

"Axar.az"a Xəzər Gəmiçiliyindəki mənbədən verilən məlumata görə, "General Əlağa Şıxlınski" kran gəmisinin təmiri zamanı "Xəzər" MMC-nin iki fəhləsi gəmi ilə körpünün arasında qalaraq, dünyasını dəyişib.

Hazırda hadisə yerində Xəzər Dəniz Gəmişiliyi QSC-nin və "Xəzər" MMC rəhbərliyinin olduğu söylənilir.

Qeyri-rəsmi məlumata görə, "Xəzər" MMC-nin təsisçiləri SOCAR prezidenti Rövnəq Abdullayev və Xalq artisti Ağasəlim Abdullayevin 2 nəfər ailə üzvünün də öldüyü qəzanın səbəbkarı olan Xaliq Mədətovun atası, QSC sədrinin keçmiş müavini Mübariz Mədətovdur.

Xəzər Dəniz Gəmiçiliyi QSC-dən "Axar.az"-a belə bir məlumata malik olmadıqlarını bildirdilər.

Səbail Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə isə hadisə bu gün səhər saatlarında qeydə alınıb.

"Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi"nin gəmi təmiri sexində quraşdırıcı işləyən, 1986-cı il təvəllüdlü Mirbağır Mirnağı oğlu Zeynalov ehtiyatsızlıqdan dənizə düşərək boğulub. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.