Şəmkirdə tank əleyhinə mərmi aşkar edildi

Şəmkirdə tank əleyhinə mərmi aşkar edildi

21 Aprel 2014 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkir rayon ərazisindən tank əleyhinə mərmi aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 19-da Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Posanlı kəndinin ərazisindən 1 ədəd tank əleyhinə mərmi aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.