
Məktəbli qızı döyüblər - FOTO
Bakıda məktəbli qıza qarşı zorakılıq edilib. Milli.az-ın məlumatına görə, naməlum şəxs orta məktəbin 10-cu sinif şagirdi olan L.B.-nı döyərək ona xəsarətlər yetirib.
Zərərçəkmişin yaxınları bildiriblər ki, məktəbli dərsdən evə qayıdarkən arxasınca bir nəfər kişi düşüb. Təxminən 30-35 yaşlarında olan, qara gödəkçə geyinmiş şəxs qızı izləyərək yaşadığı Xətai rayonu, Zığ yolu, ev 36-ya gəlib. Qızın arxasınca liftə girən şəxs onun evin qapısını açmasını gözləyib. Qapını açan kimi içəri soxulan şəxs L.B.-ni döyməyə başlayıb. Yumruq-təpik zərbələri ilə ona xəsarət yetirən məktəbli qan içərisində işdə olan anasına məlumat verib.
Hazırda zərərçəkmişə tibbi yardım edilməsi üçün təcili yardım çağırılıb, polisə müraciət olunub.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az