Oğuzda bədbəxt hadisə baş verib
Bu gecə saat 02.00 radələrində Oğuz rayonu Tərkeş kənd sakini, 2006-cı il təvəllüdlü Qismət İntiqam oğlu Əzizzadə kəskin qarın ağrısı əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, Qismət Əzizzadənin qarın nahiyəsinə at təpik vurub. Cərrahiyə əməliyyatı yolu ilə dalağı çıxarılan Qismət Əzizzadə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Mediainfo.az
Digər xəbərlər





















.jpg)








































































