Aeroportda üzərində 1,7 milyon dollar olan azərbaycanlı saxlanılıb
Moskvada "Şeremetyevo" aeroportunda 1,7 milyon dollar nəğd vəsait keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.
"Moskva xəbərləri" agentliyinin verdiyi xəbərə görə, adı açıqlanmayan həmyerlimiz müvafiq gömrük bəyannaməsində 1 milyon dolları qeyd edib.
Baxış keçirilərkən isə çantada əlavə 700 min dollar aşkarlanıb. Müvafiq orqanlar həmyerlimizin fəaliyyətində cinayət əlamətlərinin olub-olmamasını araşdırır.
Qeyd edək ki, saxlanılan şəxs Dubay-Moskva aviareysinin sərnişini olub.
Mediainfo.az
Digər xəbərlər


























.jpg)



































































