Türkiyədə PKK daha 2 əsgəri öldürüb

Türkiyədə PKK daha 2 əsgəri öldürüb

24 Avqust 2015 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin cənub-şərqində, Hakkari vilayəti ərazisində PKK terrorçularının törətdiyi partlayış nəticəsində 2 əsgər şəhid olub.

"Anadolu" agentliyinin yaydığı məlumata görə, hadisə Hakkarinin Şəmdinli rayonunun Təkəli kəndi yaxınlığında baş verib. Hərbi avtomobil yoldan keçərkən yolun kənarına basdırılmış bomba terrorçular tərəfindən partladılıb. Nəticədə 2 əsgər həlak olub, 3-ü yaralanıb. Yararlılar xəstəxanaya çatdırılıb. Terrorçulara qarşı əməliyyat başlayıb.

Mediainfo.az