Bakıda ağır qəza: 1 ölü, 2 yaralı

Bakıda ağır qəza: 1 ölü, 2 yaralı

17 Dekabr 2015 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nəsimi rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.


Hadisə S.Vurğun küçəsində qeydə alınıb. Bakı şəhər sakinləri Ülvi Məmmədlinin idarə etdiyi "VAZ-2107" və Ayxan Nəsirovun idarə etdiyi "AzSamand" markalı avtomobillər toqquşub.

Hər 2 sürücü və Ü.Məmmədlinin sərnişini, habelə A.Nəsirovun sərnişini Bəylər İsmayılov xəstəxanaya yerləşdirilib, B.İsmayılov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az