General Milli Məclisdə məruzə edəcək

General Milli Məclisdə məruzə edəcək

20 Aprel 2016 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin aprelin 26-da keçiriləcək plenar iclasının gündəliyinə 7 məsələnin müzakirə edilməsi təklif edilib.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, iclasda ilk olaraq İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı dinləniləcək.

Daha sonra "Uşaq hüquqları haqqında" yeni qanun layihəsi, eləcə də "Telekommunikasiya haqqında", "Kütləvi informasiya haqqında", "Polis haqqında", "Cinayət işlərinə dair hüquqi yardım haqqında" və "Cinayət törətmiş şəxslərin verilməsi haqqında" qanunlarda dəyişikliklər edilməsinə baxılacaq.

Qeyd edək ki, İnsan Alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Daxili İşlər nazirinin birinci müavini, İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov təqdim edəcək. Hesabatda il ərzində insan alveri və ona qarşı mübarizə ilə bağlı konkret statistika əks olunub. (axar)

Mediainfo.az