
Azərbaycanın Dövlət başçısı Qırğızıstan prezidentini təbrik edib
Azərbaycan dövlət başçısı İlham Əliyev Qırğızıstan prezidenti, xanım Roza Otunbayevaya təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Dövlət müstəqilliyi günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasında dərin tarixi kökləri olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcək.
Sizə ən xoş arzularımı yetirir, dost Qırğızıstan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
Tofiq Əliyev
O.M.
Digər xəbərlər