Göygöldə avtomobil təmir edərkən xəsarət alan sürücü ölüb - YENİLƏNİB
Göygöl rayonunda bədbəxt hadisə baş verib. Apa -nın qərb bürosunun verdiyi məlumata görə, avtomobili təmir edərkən açır xəsarət alan Xəqani kənd sakini 1984-cü il təvəllüdlü İlham Həsənov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, İ. Həsənov "KamAZ" markalı avtomobilin təkərini təmir edərkən təkər partlayıb, təkərdəki dəmir həlqə onun başına dəyib.
***
Göygöl rayonunda bədbəxt hadisə baş verib. Məlumata görə, hadisə rayonun Xəqani kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü İlham Həsənov avtomobilinin təkərini təmir edən zaman dəmir parçası onun başına dəyib. Ağır xəsarət alan İ. Həsənov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Mediainfo.az
Digər xəbərlər









































.jpg)
.jpg)
.jpg)
















































