Azərbaycanın müstəqillik günü Nyu-Yorkda qeyd edilib - FOTO

Azərbaycanın müstəqillik günü Nyu-Yorkda qeyd edilib - FOTO

21 Oktyabr 2016 13:50
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü Nyu-Yorkda qeyd edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, şəhərin "Bowling Green" parkında keçirilən tədbir Nyu-York Azərbaycanlıları Assosiasiyasının tərəfindən təşkil olunub.

Tədbirdə ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

ABŞ-ın və Azərbaycanın dövlət himnlərinin səsləndikdən sonra Nyu-York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Yerdələnli və təşkilatın vitse-prezidenti Zəminə Mirhadıyeva çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinin ABŞ-da qeyd olunmasının önəmini vurğulayıblar.

"Bowling Green" parkında keçirilən bayram tədbirində Azərbaycanın dövlət bayrağı ucaldılıb.

Mediainfo.az