
Dəhşətli partlayışda ölənlərin sayı artmaqda davam edir:11 ölü
Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 11-ə çatıb. Bundan başqa, dağıntılar altında 30 nəfərin qaldığı bildirilir. Onların sağ qalıb-qalmaması məlum deyil.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı jurnalistlərə açıqlamasında məlumat verib. O, ölənlərdən birinin azyaşlı olduğunu bildirib.
Hazırda hadisə yerində 900 xilasedici və 220-yə yaxın texnika fəaliyyət göstərir.
Xatırladaq ki, dekabrın 31-də yerli vaxtla saat 04 radələrində Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.(axar.az)
Digər xəbərlər