Azərbaycanın bəzi rayonlarında yanğınlar baş verib
Salyan rayonu, İkinci Varlı kəndində həyətyanı sahəyə yığılan 5,5 ton ot bağlaması yanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Lerik rayonunun Pirzəkücə kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının döşəməsi 16 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Ucar rayonunun Qaradağlı kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 1 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Ağcabədi rayonunda həyətyanı sahəyə yığılan 12 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Masallı rayonunun Xırmandalı kəndində ümumi sahəsi 45 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Quba rayonunun Hacıhüseynli kəndində ümumi sahəsi 70 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 4 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 1600 m² olan mağazada 3 ədəd soyuducu və 2 m² sahədə rəf yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Biləsuvar rayonunda ümumi sahəsi 64 m² olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları 36 m² sahədə yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.