Ramin Quluzadə Qəbələdə vətəndaşları qəbul edib
Bu gün rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə vətəndaşların təklif, irad və şikayətləri ilə yerindəcə tanış olmaq üçün Qəbələ Mədəniyyət Mərkəzində bölgə sakinlərini qəbul edib.
Apa-nın yerli bürosunun xəbərinə görə, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarında yaşayan vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələləri ilə bağlı olub. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.
Nazir digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Mediainfo.az