Başınızı sanki dəmir halqa ilə sıxırlar? - Səbəbləri

Başınızı sanki dəmir halqa ilə sıxırlar? - Səbəbləri

30 Oktyabr 2021 07:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bir çox insan son zamanlar başın, boyunun sanki dəmir halqa, rezin kimi sıxılması, spazmı və bundan yaranan ağrıdan şikayətlənir.

Xəstələr ağrını belə izah edir: sanki başımı dəmirlə sıxırlar. Baş dartılır, ağrı bir neçə saatdan bir neçə günə kimi davam edir. Ağrı çiyin, boyun, gözlərə yayılır.

Oxuməni.az xəbər verir ki, 80% hallarda bu xoşxassəli, gərginlik tipli ağrılar olur.

Kimlərdə çox rast gəlinir?

Çox zaman bu, emosional, oyaq, gərgin, təşvişli, nevrozlu, depressiyada olan, ciddi neqativ hadisə yaşayan, stress səviyyəsi çox olan, gərgin zehni işdə çalışan insanlarda baş verir.

Gəncliyindən boyun, çiyin əzələlərini gərginləşdirib sıxan adamlarda boyun damarları sıxılır, spazma uğrayır, sinirlər təsir görür.

Xroniki gərginlik ağrısının əsas səbəbi aylarla davam edən stress və gərgin həyatdır. Gizli depressiya da bu səbəbin altında yatır.

Əgər bu, ayda bir-iki dəfə baş verirsə, ağrıkəsicilərlə kəsmək olar. Lakin 2 həftədən çox davam edib, 6 ay çəkirsə, bu təhlükəli simptomdur. Bura artıq əzələ, sinir iltihabı, damar problemi qoşulub.

Belə xəstələr işdə fasilə verib gəzməli, yüngül gimnastika etməli, sakitləşdirici vasitələr içməli, mütləq yaxşı yatmalı, istirahət etməli, stresslə mübarizə aparmalı, psixoloq, nevroloq, psixiatr müayinəsindən keçməlidirlər.

Hansı hallarda daha təhlükəli problemdən qaynaqlanır:

- Əgər baş beyin zədə, zərbə alıbsa

- Ağrının xarakteri dəyişir, getdikcə güclənirsə

- Bədən hərarəti yüksəlirsə

- Öskürəndə, asqıranda ağrı olursa

- Ağrıkəsici içsəniz də, ağrı əksinə güclənir

- Ürəkbulanma, qusma, görmədə ikiləşmə yaranırsa

bu zaman təcili olaraq kardioloq, nevroloq baxışı olmalı, əsas damarlar dopler, baş MRT edilməli, vacib analizlər verilməlidir.