AVTOMOBİLLƏRİN QIŞ TƏKƏRLƏRİ NƏ CÜR OLMALIDIR: QIŞ TƏKƏRİNƏ ZƏNCİR BAĞLANMALIDIR?
Mütəxəssislərdən əldə etdiyimiz məlumata görə, bütün sürücülərimizə tövsiyə edirik ki, təkcə ticari avtomobillər üçün deyil, həm də şəxsi avtomobillər üçün qış təkərlərinin sazlığını dekabrın 1-dək başa çatdırsınlar.
Qış təkərlərinin fəsilə uyğun dəyişdirilməsi yük və sərnişin daşıyan avtomobillər üçün məcburidir. Təkər istehsalçıları və idxalçıları təhlükəsiz və rahat bir yol hərəkəti üçün yalnız öhdəlik daxilində olan avtomobillər üçün deyil, bütün nəqliyyat vasitələri üçün qış təkərlərinin istifadəsinin vacibliyini bildirir. Ümumiyyətlə qış təkərləri +7 dərəcədən aşağı temperaturda sərtləşmir və yerdə tutumunu qoruyub artırır. Yaş, palçıqlı və ya qarlı səthlərdə sürücülük təhlükəsizliyi bu xüsusiyyətlərinə görə, hava və yol şəraitindən yarana biləcək mümkün risklərə qarşı ümumi nəqliyyatın təhlükəsiz və normal hərəkətinə töhfə verir. Qış təkərlərinin qar təkərləri olmadığını vurğulamaq istərdik. Qış təkərlərinə keçmək üçün qarın yağmasını gözləməyin. Təkcə kommersiya avtomobilləri deyil, şəxsi avtomobillər üçün də vacibdir. Yol hərəkəti hamımızın ümumi sahəsidir. Necə ki, şüurlu nəqliyyat vasitəsi sahibi regionun iqlim və hava şəraitini nəzərə alaraq, yola çıxmazdan əvvəl müntəzəm olaraq avtomobilə texniki qulluq və gündəlik texniki baxış keçirir, daha təhlükəsiz olması üçün qış təkərlərindən istifadə edir. Əvvəla, unutmayaq ki, qarlı havada avtomobilin baqajında qar zəncirlərinin olması mütləqdir. Başqa sözlə, avtomobiliniz qış təkərləri ilə təchiz olunsa belə, zəncirləriniz olmalıdır. Çünki bəzən qış təkərləri belə Sizi çətin yollarda qoya bilər. Vaxtında avtomobilinzin sazlığını yoxlayın ki, heç vaxt yolda qalmayasınız.
Murad Şahməmmədov