İnternet klubda bıçaqlanma hadisəsi baş verib
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 15-də Bakı şəhər sakini Orxan Abidov İ.Dağıstanlı küçəsində yerləşən internet-klubda bıçaqlanıb. Yaralı Kilinik Tibbi Mərkəzə daxil olub. Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Emil Əliyev tutulub. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər














































.jpg)
















































