Azərbaycanda 17 dekabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 34 cinayət faktı qeydə alınmış, onların da 17-i "isti izlər"lə açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 22 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.
Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
17.12.2012
Dekabrın 17-də saat 08.00 radələrində Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində, qəsəbə sakini Hafiz Nəcəfov "Otoyol" markalı avtobusu idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişinlərdən Zəkiyyə Bəydəmirova hadisə yerində ölmüş, xəsarət almış sürücü və digər 8 nəfər sərnişin isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.
Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
17.12.2012
Dekabrın 17-də saat 04.00 radələrində Binəqədi rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Minayə Yunusova vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
17.12.2012
Dekabrın 17-də saat 22.00 radələrində Sabunçu rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Salyan rayon sakini Əliağa Hacıyev vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi
17.12.2012
Dekabrın 17-də saat 19.30 radələrində Nərimanov rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Hacıqabul rayon sakini Mətanət Əliyeva vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Füzuli rayonunun Horadiz şəhəri ərazisində silah-sursat tapılmışdır
17.12.2012
Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən Füzuli rayonunun Horadiz şəhəri ərazisindəki "Burğa dərəsi" adlandırılan ərazidən 2 ədəd "F-1" qumbara, 3 ədəd alışdırıcı və 3 ədəd patron tapılmışdır.
Göygöl rayon sakini Rəna Xıdırova və Ağstafa rayon sakini Nəzakət Kazımova qadınları fahişəliyə cəlb etmələri ilə əlaqədar tutulmuşlar
17.12.2012
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Göygöl rayon sakini Rəna Xıdırova və Ağstafa rayon sakini Nəzakət Kazımova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmələri ilə əlaqədar tutulmuşlar.
Oğurluq etmiş Qazax rayon sakini Zaur Bəyimov tutulmuşdur
17.12.2012
Xəzər RPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 5-də Tural Baxşiyevə məxsus 150 manat pulu və 1 ədəd mobil telefonu oğurlamış Qazax rayon sakini Zaur Bəyimov tutulmuşdur.
Ağcabədi rayon sakini Nemət Məmmədov və Bakı şəhər sakini Vüsal Məcidov tutulmuşlar
17.12.2012
Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 8-də Sərraf Həsənovu bıçaqla hədələyərək ondan 75 manat pul almış Ağcabədi rayon sakini Nemət Məmmədov və Bakı şəhər sakini Vüsal Məcidov tutulmuşlar.
Avtomaşından oğurluq etmiş şəhər sakini Rasim Fətəliyev tutulmuşdur
17.12.2012
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 16-da Taleh Mehdiyevə məxsus "Mercedes" markalı avtomaşından maqnitofonunu oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Fətəliyev tutulmuşdur.
Yol-nəqliyyat hadisəsi törətmiş Sabirabad rayon sakini Yunus Hetayev tutulmuşdur
17.12.2012
Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 8-də A.Həsənovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "ZİL-554" markalı avtomaşının sürücüsü Sabirabad rayon sakini Yunus Hetayev tutulmuşdur.
Don vurmuş halda xəstəxanaya gətirilmiş 40-45 yaşlı kişi orada ölmüşdür
17.12.2012
Dekabrın 9-da Nəsimi rayonu ərazisində, 40-45 yaşlı kişi don vurmuş halda xəstəxanaya gətirilmiş və dekabrın 17-də orada ölmüşdür.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Xudayar Mirzəyev ölmüşdür
17.12.2012
Dekabrın 16-da saat 21.00 radələrində Nəsimi rayonu ərazisində, Ağdam rayon sakini Sənan İsmayılzadə "VAZ 2106" markalı avtomaşını idarə edərkən yolu keçən Bakı şəhər sakini Xudayar Mirzəyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 17-də orada ölmüşdür.
Yeni Günəşli qəsəbəsində yaşayan Rahib Nəbiyev dəm qazından zəhərlənərək ölmüşdür
17.12.2012
Dekabrın 17-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan 12 yaşlı Rahib Nəbiyev evlərinin vanna otağında dəm qazından zəhərlənərək ölmüşdür.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Balakən rayon sakini Cəfər Əzizov ölmüşdür
17.12.2012
Dekabrın 5-də saat 22.55 radələrində Balakən rayonunun Qazbinə kəndi ərazisində, rayon sakini İzafət Əliyev "VAZ-2101" markalı avtomaşını idarə edərkən yolu keçən həmyerlisi Cəfər Əzizovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 17-də orada ölmüşdür.
O.M.














































.jpg)
















































