Qardaş bacısını öldürdü

Qardaş bacısını öldürdü

4 Mart 2013 09:47
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 3-də Bakı şəhərinin Səbail rayonu ərazisində dəhşətli qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Badamdar qəsəbəsi Birinci Bağlar küçəsi ev 23-də 1996-cı il təvəllüdlü Baxışlı Nicat Çingiz oğlu bacısı 1999-cu ildə anadan olmuş Baxışlı Böyükxanım Çingiz qızını qətlə yetirib. 17 yaşlı oğlan özündən 3 yaş kiçik bacısının kürək nahiyəsinə çoxsaylı bıçaq zərbələri endirib. 14 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən N.Baxışlı və onun bacısı məktəblidir. Faktla əlaqədar cinayət işi başlanılıb, qətlin səbəbləri araşdırılır.

O.M.