Evdən seyfi aparan oğrular sonradan evə od vurublar
Bakıda oğurluq hadisəsi baş verib.
Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, Yeni Yasamal 2, ev 5, mənzil 4-də yaşayan Emin Rafiq oğlu Nəsirovun mənzilindən, ev sahibi evdə olmadığı müddətdə açar seçmə yolu ilə, 1 ədəd kürk, 2 ədəd noutbuk, qızıl-zinət əşyaları və içərisində sənədlər olan seyf naməlum şəxslər tərəfindən oğurlanıb.Bundan sonra ev yandırılıb. Nəticədə 80 kvadratmetr sahəsi olan evin 10 kv.m-i yanıb.
O3.M.
Digər xəbərlər