Dəhşət: 66 yaşlı kişi 19 yaşlı qızı zorladı

Dəhşət: 66 yaşlı kişi 19 yaşlı qızı zorladı

12 Mart 2014 16:22
Bəyəndim (0) Bəyənmədim (0)
Gənc qız onu zorlayan yaşlı kişinn başını kəsərək öldürdü

Bu gecə Türkiyənin İzmir şəhərində baş verən dəhşətli cinayətin şok təfərrüatları məlum olub. ANS-in məlumatına görə, mənzillərin birində yanğın olub. Yanğın söndürüldükdən sonra evin sahibi 66 yaşlı U.Y.-nın meyidi tapılıb. Aparılan tibbi ekspert zamanı onun yanğın zamanı ölmədiyi məlum olub.

Belə ki, kişinin boğazı kəsilib. Bu səbəbdən U.Y. ölüb. Onun ölümündən sonra ev yandırılıb. Bu zaman da onun meyidi yanıb. Polisin keçirdiyi əməliyyat zamanı dəhşətli cinayəti 19 yaşlı H.H. tərəfindən törədildiyi məlum olub. Cinayəti araşdıran polis daha bir ağır cinayətin üstünü açıb.
Araşdırmalar zamanı məlum olub ki, 66 yaşlı kişi gənc qızı evinə aparıb. Kişi kömək məqsədilə qızı evinə dəvət edib. Daha sonra qızı evində zorlayıb. Qızı zorladıqdan sonra isə yaşlı kişi ona evdən getməyə icazə verməyib. O, gecəni qızla keçirmək istədiyini deyib. Qız isə onu zorlayan kişidən ağır intiqam almaq istəyib və öz fikirlərini həyata keçirib.