Rusiyaya narkotik aparan azərbaycanlılar tutuldular
"Mersedes Benz 0303" markalı sərnişin avtobusundan çəkisi 94,632 qram olan narkotik vasitə - tiryək aşkar edilib
Azərbaycandan Rusiyaya tiryək aparılmasının qarşısı alınıb. Dövlət Gömrük Komitəsinəin verdiyi məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşı Füzuli Yusifovun idarə etdiyi "Mersedes Benz 0303" markalı sərnişin avtobusuna gömrük baxışı keçirilib.
Baxış zamanı avtobusda xaşxaş bitkisindən kustar üsulla alınmış və çəkisi 94,632 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər


.jpg)













































.jpg)

























.jpg)


















