Xoruzlu kəndində "xoruzlanan" şəxsi yaxalayıblar

Xoruzlu kəndində "xoruzlanan" şəxsi yaxalayıblar

30 Aprel 2014 13:41
Bəyəndim (0) Bəyənmədim (0)

Tərtər rayonu Xoruzlu kənd sakini, 1983-cü il təvəllüdlü Nəcəfov Elvin Qəzənfər oğlu iaşə obyektlərindən birində tanımadığı şəxs tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, iaşə obyektində başqa masada əyləşən bir nəfərlə E. Nəcəfov arasında mübahisə yaranıb və sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə Elvin Nəcəfov qarın nahiyəsinin sol tərəfindən iki bıçaq yarası alıb. O dərhal Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Əməli törədən şəxs hadisə yerindən qaçıb. Onun Mingəçevir şəhər sakini olduğu haqda ehtimallar var. Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az