Yeniyetmələr əlili qəddarlıqla öldürdü
Rusiyada dəhşətli qətl hadisəsi baş verib
Rusiyanın Petropavlovsk-Kamçatka vilayətinin sakini 30 yaşlı əlil oğlunun itkin düşəsi barədə hüquq-mühafizə orqanlarına müraciət edib.
ANS-in məlumatına görə, qadın eşitmə qabiliyyəti olmayan oğlunun səhər işə getmək üçün evi tərk etdiyini, lakin iş yerinə gedib çıxmadığını və bundan sonra ondan heç bir xəbər almadığını bildirib.
Şikayəti araşdıran tədqiqatçılar axtarılan şəxsin 7 mayda yanacaqdoldurma məntəqələrinin birində avtomobillə vurulduğunu müəyyən edib. Qəza törədən avtomobilin içində dörd gənc olub.
Yol polisinin araşdırmalarının nəticəsində bəlli olub ki, maşındakı 17 yaşlı yeniyetmələrdən ikisi zərərçəkmişdən onları evə aparmağı xahiş edib. Kişi onlarla razılaşıb. Yeniyetmələr maşını şəhərin insan olmayan hissəsinə sürdürüblər. Burada əlilin boğazına bir neçə bıçaq zərbələri endirəriblər.
Polislərin sözlərinə görə, zərərçəkmiş qaçmaq istədikdə, digər yeniyetmə onu maşına qaytarıb və ona daha bir neçə bıçaq zərbəsi endirib.
Yeniyetmələr qətlə yetirdikləri kişini maşının yük yerinə qoyaraq, elə həmin maşınla şəhəri gəziblər. Bundan sonra daha iki yeniyetmə dostlarının ardınca gediblər və onlardan özləri ilə bel götürməyi və cəsədi gizlətməyə kömək etmələrini xahiş ediblər. Yeniyetmələr maşını Xalaktırki rayonuna sürüblər, orada çuxur qazaraq cəsədi basdırıblar.
Mediainfo.az