Ermənilərdən ibarət cinayətkar dəstə ifşa edilib

Ermənilərdən ibarət cinayətkar dəstə ifşa edilib

27 May 2014 16:26
Bəyəndim (0) Bəyənmədim (0)

Dəstənin əməllərindən 11 sığorta şirkəti zərər çəkib

Kaliforniyada böyük erməni cinayətkar qrupu saxlanılıb. 4 illik araşdırmanın nəticəsinə görə, Kaliforniya ştatında dələduzluğa görə 18 insan axtarışa verilib. Adları müəyyənləşən cinayətkarlar avtomobil oğurluğunda və sığorta üzrə dələduzluqda ittiham edilirlər.
"The Los Angeles Times" qəzeti qeyd edib ki, kredit kartları ilə pul vəsaitləri ilə "Mersedes", "Audi", "BMW" və "Lexus" markalı 21 avtomobil alan dəstə daha sonra qəsdən avtomobillərlə qəza törədiblər. Dəstənin məqsədi bu yolla sığorta şirkətlərindən pul kompensasiyaları almaq olub. Erməni dəstənin əməllərindən 11 sığorta şirkəti zərər çəkib.
Bildirilib ki, xüsusi əməliyyatlarda hüquq-mühafizə orqanlarının 100-dən çox əməkdaşı iştirak edib. Əməliyyat nəticəsində 13 nəfər həbs edilib, bir nəfər könüllü təslim olub, 4 nəfər isə axtarışa verilib.

Mediainfo.az