Ağstafada silahlı insident

Ağstafada silahlı insident

3 Avqust 2015 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ağstafa rayonunda silahlı insident olub.Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, Qazax rayon sakini Şadət Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək iyulun 31-də rayonun "Ceyrançöl" adlanan ərazisində Dağkəsəmən kənd sakini İmran Qafarovun münaqişə zəminində onu döyməsini və ov tüfəngindən onun istiqamətində havaya atəş açmasını bildirib.

Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qafarov tutulub və ondan "TOZ-16" markalı tüfəng götürülüb.

Mediainfo.az