Restoranda adam döyəndən idman tapançası tapılıb
Avqustun 10-da Xətai rayonu ərazisindəki restoranlardan birində şəxsiyyəti məlum olmayan şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Mehman Mustafayevi döyüb. Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Rəfael Hüseynov olması müəyyən edilib və o saxlanılıb. Ondan idman tapançası götürülüb.
Mediainfo.az
Digər xəbərlər



















































.jpg)











































