Kürəkən qatili müttəhimlər kürsüsündə

Kürəkən qatili müttəhimlər kürsüsündə

18 Avqust 2015 17:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini qətlə yetirən 1938-ci il təvəllüdlü Tofiq Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 25-nə təyin olunub.

Qeyd edək ki, bu ilin aprelin 23-də Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində, Mustafayev küçəsi döngə 7, ev 2 ünvanında yaşayan, 1973-cü il təvəllüdlü Emin Rzayev aldığı bıçaq xəsarətlərindən ölüb. Yaxınları ilkin olaraq, hüquq-mühafizə orqanlarına onun özünü bıçaqlayaraq, intihar etdiyini deyiblər. Buna görə də faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin intihar olmadığı məlum olub. Müəyyən edilib ki, Emin Rzayevi qayınatası, 1938-ci il təvəllüdlü Tofiq Həbib oğlu Bağırov bıçaqlayaraq qətlə yetirilib. Hadisəni törədən Tofiq Bağırov saxlanılıb. Tofiq Bağırov Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilir

Mediainfo.az