Rəfiqəsini öldürənin şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Nailə Apayevanın apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
Prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib, onun barəsində olan hökm qüvvəsində saxlanılıb.
Qeyd edək ki, N. Apayeva münaqişə zəminində rəfiqəsi Lalə Vəliyevanı küt alətlə vuraraq öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nailə Apayeva 13 il müddətinə azadlıqdan məhrum edilib.
Mediainfo.az
Digər xəbərlər




















































.jpg)










































