Ev soyğunçularına hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən Rəşad Əliyev, İdris Abdullayev, Giorgi Kurtanidze, Fikrət Əliyev və Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Faiq Qnəiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Rəşad Əliyev 8 il, İdris Abdullayev 10 il, Giorgi Kurtanidze 11 il 6 ay, Fikrət Əliyev 12 il və Əli Əliyev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, ötən ilin mayın 28-də M.Seyidov küçəsində yaşayan Nəzakət Nəsibovanın mənzilindən, qapının kilidini sındırmaqla qızıl-zinət əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 28-ci polis bölməsi və Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Babək rayon sakinləri, 1963-cü il təvəllüdlü Fikrət Əliyev və 1985-ci il təvəllüdlü Əli Əliyev tutulub. İstintaq dövründə dəstənin digər üzvləri də həbs olunub.
Mediainfo.az




















































.jpg)










































