Şirvanda toyda qan tökən axtarışdadır

Şirvanda toyda qan tökən axtarışdadır

25 Avqust 2015 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 24-də saat 23.30 radələrində Şirvanda keçirilən toy məclisində qan tökülüb.

Belə ki, Hacıqəhrəmanlı qəsəbə sakini, 1996-cı il təvəllüdlü Alışov Elvin Eldar oğlu həmin qəsəbə sakini, 1987-ci il təvəllüdlü Səmədov Taleh Şayəddin oğlunu döş qəfəsindən bıçaqlayaraq ağır yaralayıb. Yaralı Şirvan şəhər xəstəxanasında əməliyyat olduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Elvin Alışovun tutulması istiqamətində tədbirlər görülür.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Mediainfo.az