Moskvada "vorzakon"luqdan imtina edən güllələnib

Moskvada "vorzakon"luqdan imtina edən güllələnib

27 Avqust 2015 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada keçmiş "qanuni oğru" güllələnib. "Praym.kraym" agentliyinin yaydığı xəbərə görə, 4 güllə yarası almış 25 yaşlı Maksim Françuzov (ləqəbi Fransız) Moskva şəhər xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində özünə gələn "Fransız" polislərin suallarına cavab verməyə çalışıb. Keçmiş "vor zakon" ona qarşı sui-qəsdi kimlərin etdiyini, kimin atəş açdığını bilmədiyini deyib.

Amma "oğru" dairələrindı sui-qəsdin təşkilatçısının gürcü "qanuni oğru" Kaxi Parpiliya olduğu deyilir.

Xatırladaq ki, Maksim Françuzov "qanuni oğru" adını 2013-cü ildə Smolensk həbsxanasında alıb. O Rusiyada ən gənc "qanuni oğru" sayılırdı.

Lakin sonradan əməlliyyatçılarla "söhbət" zamanı "Fransız" oğru ideyalarından əl çəkdiyini bəyan etmişdi. (pubika)

Mediainfo.az