10-11 apreldə Azərbaycanda kriminal mənzərə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 10-11 aprelə olan KRİMİNAL xronikası
| 
   Polisə yalan məlumatı vermiş Göyçay rayon sakini Orxan Həbubullayev saxlanılmışdır  | 
 |
| 
   11 aprel 2011 Aprelin 11-də saat 01.07 radələrində özünü təqdim etməyən şəxs Sabunçu qəsəbəsi ərazisindəki
  taksofondan DİN-in "102" Xidmətinə zəng edərək
  "Sabunçuda bomba var" deyərək dəstəyi
  asmışdır.  | 
 |
| 
   11 aprel 2011 Aprelin 11-də saat 02.10 radələrində Salyan rayonunun Yenikənd kənd
  sakini Vüqar Məlikov
  ailə münaqişəsi zəminində arvadı Nuranəyə bıçaqla xəsarət yetirmişdir.  | 
 |
| 
   10 aprel 2011 Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 58 cinayət faktı qeydə alınmış, onların da 21-i "isti izlər"lə açılmışdır. 
  | 
 |
| 
   10 aprel 2011 Aprelin 9-da Xaçmaz rayonu M.Ə.Rəsulzadə küçəsində Niyazabad kənd
  sakini Töhfənisə Abasovanın bıçaqla qətlə
  yetirilmiş meyiti tapılmışdır.   | 
 |
| 
   10 aprel 2011 Aprelin 10-da Saatlı rayonunun Qaranuru kəndi ərazisində kənd
  sakini Rövşən Əliyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq
  həmyerlisi Vüqar
  Kazımovu qətlə yetirmişdir.  | 
 |
| 
   10 aprel 2011 Aprelin 10-da Beyləqan rayonunun Qəhrəmanlı kəndi ərazisində Füzuli rayon sakini  Afiq Kamilov münaqişə zəminində Bakı şəhər sakini Nadir Muradova bıçaqla xəsarət
  yetirmişdir.  | 
 |
| 
   10 aprel 2011 Aprelin 10-da saat 13.15 radələrində Qaradağ rayonu ərazisində Quba
  rayon sakini Xalidşah Mahmudovun idarə etdiyi "VAZ-2106" markalı və Bərdə rayon sakini Pərvin Məmmədovun idarə etdiyi
  "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə X.Mahmudov hadisə yerində
  ölmüşdür.   | 
 |
| 
   Saatlı rayonunun Dədə Qorqud kənd sakini Şəhliyar Ağayevin suda boğulmuş meyiti tapılmışdır  | 
 |
| 
   10 aprel 2011 Aprelin 9-da saat 10.00 radələrində Saatlı rayonunun Dədə Qorqud
  kənd sakini, 8 yaşlı Şəhliyar Ağayev evdən çıxmış və geri
  qayıtmamışdır.   | 
 |
| 
   Oğurluq etmiş Lənkəran rayon sakini Nadir Əhmədov tutulmuşdur  | 
 |
| 
   10 aprel 2011 Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da Qala qəsəbəsi ərazisində tikilmiş evlərdən birində kirayədə yaşayan Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Əhmədov onunla birgə yaşayan Zərdab rayon sakinləri Dilqəm Əvəzzadəyə və Süleyman Əhmədova məxsus 2 ədəd mobil telefonu və geyim əşyalarını oğurladığına görə tutulmuşdur.  | 
 |
| 
   Oğurluqda şübhəli bilinən Suraxanı qəsəbə sakini Zülfüqar Əlizadə tutulmuşdur  | 
 |||||||||||||||||||||||||||||
| 
   10 aprel 2011 Sabunçu RPİ 13-cü PB əməkdaşlarının
  həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da Balaxanı qəsəbə sakini Oqtay Məmiyevə məxsus mağazadan 27 manat oğurlamaqda şübhəli bilinən
  Suraxanı qəsəbə sakini
  Zülfüqar Əlizadə tutulmuşdur. 
 
 
 
 
 
 
  | 
 |||||||||||||||||||||||||||||
                            
                            
                            











    
    































.jpg)
.jpg)
.jpg)
















































