İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb

15 Aprel 2016 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşının üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun sol ayağındakı corabın içərisindən şəffaf sellofanda gömrük nəzarətindən gizlədilən, xalis çəkisi 5,81 qram olan psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülüb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin"in I Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az