Bir həftə  əvvəl qətl törədən şəxs intihar edib

Bir həftə əvvəl qətl törədən şəxs intihar edib

21 Aprel 2016 13:18
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə qətl törətdiyi üçün axtarışda olan şəxs intihar edib.

Apa-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Rəşad Rzayev Göygöl rayonunun Alıməmmədli kəndində əkin sahəsində özünü asaraq intihar edib.

Məlumata görə, R. Rzayev aprelin 13-də Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kərimov Tural Mustafa oğlunu şəhərin Dəmir Yol Vağzalı yaxınlığında bıçaqlayaraq qətlə yetirib. R. Rzayev hadisəni törətdikdən sonra qaçıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mediainfo.az