Gəncədə evdən 10 kq narkotik götürüldü

Gəncədə evdən 10 kq narkotik götürüldü

3 Fevral 2017 14:57
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Məhsəti qəsəbə sakini Füzuli Əliyev həbs edilib.

Ondan 137,6 qram tiryək, yaşadığı evə baxış zamanı 10 kiloqram 10 qram marixuana aşkar edilərək götürülüb.

Füzuli Əliyevin əvvəllər məhkum olunduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb.

Mediainfo.az