Uşağını öldürən atanın TÜKÜRPƏDİCİ QƏTL İSMARIŞI

Uşağını öldürən atanın TÜKÜRPƏDİCİ QƏTL İSMARIŞI

30 Mart 2017 12:42
Bəyəndim (0) Bəyənmədim (0)
Röyamin: “Nənə, məni atama vermə, qorxuram”

Sabirabadda yeddi yaşlı uşağın qətli ilə bağlı yeni təfərrüatlar məlum olub. İstiPress-in Sabirabada ezam olunan xüsusi müxbirinin verdiyi məlumata görə, hadisə ailə münaqişəsi zəminində dünən axşam baş verib. Belə ki, 27 yaşlı Röyal Məmmədov qaynanasının adına olan torpaq sahəsini satmaq istəyib. Lakin həm həyat yoldaşı, həm də qaynanası buna razılıq verməyiblər. Evdə dava salan Röyal əvvəlcə həyat yoldaşının üzərinə hücum çəkib. Təzyiqdən qorxan qadın xalasıgilə qaçıb. Röyal Məmmədov isə qaynanasından uşağı ona verməyi tələb edib. Qaynanası isə "qoy uşağı geyindirim, sonra apar" deyib. Uşağı öldürməyə aparan Röyal Məmmədov hadisədən əvvəl qaynanasına ismarış ünvanlayır: "Sədiyə de ki, bir də Röyamini görməyəcək. Aparıram başını kəsməyə. Bu da qisas". Həmin tükürpədici ismarışın fotosunu sizə təqdim edirik:

Telefon

Telefon

Qeyd edək ki, amansız hadisəni törədəndən sonra qatil ata kəndin sahə müvəkkilinə zəng edərək: "Bir paçka siqaret al gəl, sənə meyit verəcəm" deyib. Bundan sonra sahə müvəkkili polis bölməsinə zəng edərək bu barədə məlumat verib. Polis əməkdaşları zəngdən dərhal sonra hadisə yerinə gediblər.

Mediainfo.az