Azərbaycanda 15 yanvarın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınmış, onların da 19-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər yaralanmışdır.
12 yanğın hadisəsi qeydə alınmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.
Avtomaşın qaçırmaqda şübhəli bilinən Binəqədi qəsəbə sakinləri Vüsal Mehdiyev və Kənan Məmmədov tutulmuşlar
15.01.2012
Yanvarın 15-də saat 03.00 radələrində Binəqədi qəsəbə sakini Sakit Kərimova məxsus "VAZ-2107" markalı avtomaşın evinin qarşısından qaçırılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Binəqədi qəsəbə sakinləri Vüsal Mehdiyev və Kənan Məmmədov Yeni Suraxanı qəsəbəsi ərazisində Suraxanı RPİ əməkdaşları tərəfindən tutulmuş və Binəqədi RPİ-yə təhvil verilmişlər.
Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
15.01.2012
Yanvarın 15-də saat 18.25 radələrində Sumqayıt şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Rəsmiyə İbrahimova vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Sumqayıt şəhər sakini Valeh Umbayev saxlanılmışdır
15.01.2012
Yanvarın 15-də Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzində Bakı şəhər sakini Vadim Məmmədova məxsus mağazanın kassasından 520 manat pulu açıq yolla talayıb qaçarkən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Umbayev Qaradağ rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və sonrakı araşdırmalar aparılması üçün 10-cu PB-yə təhvil verilmişdir.
Qayıq mühərriki oğurlamaqda şübhəli bilinən Ceyhun Şahbazov və Həsənağa Xudiyev tutulmuşlar
15.01.2012
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il dekabrın 21-də Oruc Ağayevə məxsus qayığın mühərrikini oğurlamış Ceyhun Şahbazov və Həsənağa Xudiyev tutulmuşlar.
Bərdə rayon sakini Məhəmməd Əhmədov tapdığı tapançanı könüllü olaraq təhvil vermişdir
15.01.2012
Bərdə rayon sakini Məhəmməd Əhmədov tapdığı 1 ədəd xaricdə istehsal olunmuş tapançanı könüllü olaraq Bərdə RPŞ-yə təhvil vermişdir.
Valeh Həsənova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Adil Əhmədov tutulmuşdur
15.01.2012
Nərimanov RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də Valeh Həsənova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Adil Əhmədov tutulmuşdur.
Nicat Talıbova bıçaqla xəsarət yetirmiş, onun qardaşı Muradı isə döymüş şəxslər tutulmuşlar
15.01.2012
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də Nicat Talıbova bıçaqla xəsarət yetirmiş, onun qardaşı Muradı isə döymüş Bakı şəhər sakinləri Toğrul Dəmirov, Famil Hacıyev, Məhəmməd Məmmədov, Elsevər Xanlarov tutulmuş, Yevlax rayon sakini Ruslan İmanov isə müəyyən edilmişdir.
Avtomaşın qaçırmış Şəmkir rayon sakini Elçin Əliyev tutulmuşdur
15.01.2012
Yanvar ayının 7-də Mingəçevir şəhəri ərazisindən Yevlax rayon sakini Vüqar Əhmədova məxsus "VAZ-2106" markalı avtomaşının dələduzluq yolu ilə qaçırılması barədə Yevlax RPŞ-dən verilmiş məlumatla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi və Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Şəmkir rayon sakini Elçin Əliyev tutulmuşdur.
Aysel Əliyeva və Fərqanə Tapdıqova dəm qazından zəhərlənərək ölmüşlər
15.01.2012
Yanvarın 15-də Yasamal rayonu ərazisində yaşayan Aysel Əliyeva evində tanışı Fərqanə Tapdıqova dəm qazından zəhərlənərək ölmüşdür.
Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər
15.01.2012
Yanvarın 15-də Abşeron rayon sakinləri Təranə Allahverdiyeva, Sabir Həziyev Aytac Bayramova, Anar Hidayətov və Suma Məmmədova öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.
Yıxılaraq xəsarət almış İmişli rayonunun Rəsullu kənd sakini Niyaməddin Xəlilov aldığı xəsarətdən ölmüşdür
15.01.2012
Yanvarın 13-də İmişli rayonunun Rəsullu kənd sakini Niyaməddin Xəlilov evin damında təmir işləri apararkən yıxılaraq xəsarət almışdır. N.Xəlilov xəstəxanaya yerləşdirilmiş və yanvarın 15-də orada ölmüşdür.
O.M.