Qətər vətəndaşı 2000 manat cərimə edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində icazəsiz ov edən əcnəbi vətəndaş saxlanılıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, araşdırma zamanı təqsirkar şəxsin Qətər dövlət vətəndaşı Ali Hamed SK Alsalamid olduğu məlum olub.
Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib edilib və 2000 manat məbləğində cərimə tətbiq olunub. Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na düşən 2 bəzgək quşu götürülərək təbiətə buraxılıb.
Digər xəbərlər