Bakıda cinsi azlıq qətl törətdi
Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, ötən gün axşam saatlarında, Yasamal rayonu, Nərimanov küçəsi ev 55/57, mənzil 4 ünvanında qətl hadisəsi qeydə alınıb. Bakı şəhər sakini, 33 yaşlı İslam Kamran oğlu Abdullayev həmin ünvanda bıçaqlanıb. 10 bıçaq xəsarəti alan yaralı təcilli olaraq xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətlin
üstü açılıb. Məlum olub ki, İ. Abdullayev yuxarıda göstərilən ünvanda 16 yaşlı
cinsi azlıqla intim əlaqədə olub. Sonradan onların arasında mübahisə yaranıb.
Adının açıqlanmadığı həmin şəxs İ. Abdullayevi bıçaqlayıb.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxs tutulub.
O.M.
Digər xəbərlər